UEFA-ya şikayət olunan Tofiq Bəhramov stadionunda vəziyyət necədir? - ÖZƏL

UEFA-ya şikayət olunan Tofiq Bəhramov stadionunda vəziyyət necədir? - ÖZƏL

Hazırda oxunan: UEFA-ya şikayət olunan Tofiq Bəhramov stadionunda vəziyyət necədir? - ÖZƏL

42436

Xəbər verdiyimiz kimi, sabah 20:45-də “Qarabağ" komandası UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Qazaxıstanın “Kayrat” komandasını qəbul edcək. Oyun Tofiq Bəhramov adına stadionda keçiriləcək.

Amma bu stadionda baş tutan oyunlardan sonra əksər xarici klublar ot örtüyü ilə bağlı gileylənmişdilər, hətta bu giley UEFA-ya qədər şikayət şəklində gedib çatmışdı. 

Stadionun son durumu ilə bağlı Bizim.Media “Qarabağ” klubunun mətbuat katibi G.Abbaszadədən məlumat alıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ” “Kayrat”la oyuna hansı itkilərlə çıxır? – Klub rəsmisindən AÇIQLAMA


O, bildirib ki, oyunun keçirilməsi üçün heç bir əngəl yoxdur: 

“Hazırda Tofiq Bəhrəmov stadionu oyun üçün çox əlverişli vəziyyətdədir. Düzdür, yay aylarında stadionun ot örtüyünün vəziyyəti elə də ideal deyildi. Ancaq indi oyun üçün orada hər bir şərait yaradılıb”.
 

“Qarabağ” klubunun mətbuat katibinin sözlərinə görə, artıq 15.000 biletdən 12.000 ədədi satılıb. 


“Bu çox yaxşı göstəricidir. Ona gör biz ehtimal edirik ki, sabah bizi 15.000 azarkeş dəstəkləyəcək”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO