Oktyabrın 24-dən noyabrın 6-dək Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı keçiriləcək.
Bizim.Media xəbər verir ki, yarışda Azərbaycan milli komandası 9 boksçu ilə iştirak edəcək.
Yığmamızın heyətində Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Alfonso Dominqes (86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) qüvvəsini sınayacaq.
MÖVZU İLƏ BAĞLI:
Boksçularımız dünya çempionatının hazırlığına başladı
Oktyabrın 21-də səfərə yollanacaq komandamız təlim-məşq toplanışını son günədək davam etdirəcək.
Qeyd edək ki, ilk dəfə 13 çəki dərəcəsində keçiriləcək dünya çempionatında 105 ölkədən 650 boksçunun iştirakı gözlənilir.
Bizim.Media