Millimizin 3 futbolçusu koronavirusa yoluxdu 

Millimizin 3 futbolçusu koronavirusa yoluxdu 

Hazırda oxunan: Millimizin 3 futbolçusu koronavirusa yoluxdu 

40237

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının 3 futbolçusunun koronavirus testi pozitiv nəticələnib. 

Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Həmzəalı Mikayılov (“Sabah”), Adəm Topalov (“Səbail”) və İbrahim Ağayarov (“Qarabağ”) bu səbəbdən seçmə mərhələ oyunlarında iştirak edə bilməyəcəklər. 

Qeyd edək ki, U-17 millimiz AÇ-nin seçmə mərhələsində 3-cü qrupda Norveç, Belçika və Lüksemburq komandaları ilə mübarizə aparacaq.

Oyunlar oktyabrın 6-da, 9-da və 12-də Belçikanın Tubize şəhərində keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO