Azərbaycan güləşçisi yarımfinala yüksəldi – DÜNYA ÇEMPİONATINDA 

Azərbaycan güləşçisi yarımfinala yüksəldi – DÜNYA ÇEMPİONATINDA 

Hazırda oxunan: Azərbaycan güləşçisi yarımfinala yüksəldi – DÜNYA ÇEMPİONATINDA 

40063

Azərbaycanın son iki sərbəst güləşçisi Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında mübarizəyə qoşulub. 

Bizim.Media-nın məlumatına görə, 70 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/8 final mərhələsində Adam Batırova (Bəhreyn) qalib gəlib.

O, 1/4 finalda Ceyms Qrini (ABŞ) də məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Bayramov finala gedən yolda Məhəmmədmurad Hacıyev (Polşa) ilə üz-üzə gələcək. 

97 kq-dakı İslam İlyasov 1/8 final mərhələsində Aleksandr Xuştinlə (Belarus) bacarmayıb.

Xuştin finala çıxsa, İlyasov sabah təsəlliverici görüşlərə qatılacaq. Yarımfinallar Bakı vaxtı ilə saat 18:30-da start götürəcək. 
 

Bu gün həmçinin 92 kq-da yarışan Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. O, Omarhacı Məhəmmədovla (Belarus) qarşılaşacaq. Medal mübarizələri Bakı vaxtı ilə saat 20:00-da start başlanacaq. 


Qeyd edək ki, hələlik Azərbaycanın sərbəst güləşçilərindən yalnız Abubakr Abakarov (86 kq) bürünc medal qazanıb. 

Bizim.media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO