"CBC Sport” açıqlama yaydı – BU GÜNDƏN ETİBARƏN... 

Hazırda oxunan: "CBC Sport” açıqlama yaydı – BU GÜNDƏN ETİBARƏN... 

36931

Bu gündən etibarən UEFA ilə birgə aparılan texniki test səbəbindən “CBC Sport” telekanalının peykə çıxışında fasilə yaranıb. 

Bizim.Media xəbər verir ki, bu barədə kanalın rəsmi feysbuk hesabı məlumat yayıb. 

Bildirilib ki, bundan sonra beynəlxalq matçlar zamanı “CBC Sport”un peykə çıxışı qitə futbol qurumunun qaydalarına əsasən bağlanacaq. 

“Beynəlxalq yayım qaydalarına əsasən, “CBC Sport” UEFA-nın bayrağı altında keçirilən yarışları yalnız Azərbaycanda yayımlaya bilər. Bu mövsümdən etibarən daha sərt qaydaların tətbiq olunması və bununla bağlı müntəzəm monitorinqlərin aparılması nəzərdə tutulduğu üçün kanalın yarışlar zamanı peykə çıxışı bağlanacaq. Yaxın saatlarda – testlər yekunlaşdıqdan sonra kanalın peykə çıxışı bərpa ediləcək. Lakin UEFA bayrağı altında keçirilən oyunlar zamanı peykə çıxış yenidən bağlanacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO