Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, günün və turun son oyununda "Neftçi" "Qarabağ"ı qəbul edib.
"Bakcell Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüş paytaxt təmsilçisi ilə SSRİ çempionatında bürünc medal qazanmış Yaşar Babayevin vəfatı ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb.
"Qarabağ"ın yeni transferi İbrahima Vadji 21-ci dəqiqədə İsmayıl Züfüqarlının səhvindən sonra hesabı açıb. Seneqallı hücumçu 45-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb.
MÖVZU İLƏ BAĞLI:
"Neftçi" bu gün "Qarabağ"la qarşılaşacaq
İkinci hissəyə meydan sahibəri daha fəal başlayıb. "Neftçi"nin kapitanı Emin Mahmudov 47-ci dəqiqədə hesab arasındakı fərqi azalda bilib. "Ağ-qaralar" bir neçə dəfə təhlükəli qol epizodu yaratsa da, istəyinə çata bilməyib.
Bu nəticədən sonra xallarının sayını 7-ə çatdıran "Qarabağ" "Qəbələ" ilə birlikdə ilk iki pilləni bölüşdürür. "Neftçi" isə 4 xalla 5-cidir.
Qeyd edək ki, günün digər matçında "Səbail" evdə "Sumqayıt"ı məğlub edib. Turun digər görüşlərində "Zirə" səfərdə "Keşlə"ni, "Qəbələ" isə "Sabah"ı 2:0 hesabı ilə üstələyib.
Bizim.Media