Paralimpiyaçılarımızın ÖRNƏYİ: “Azərbaycan idmanını fiaskodan xilas etdilər”

Paralimpiyaçılarımızın ÖRNƏYİ: “Azərbaycan idmanını fiaskodan xilas etdilər”

Hazırda oxunan: Paralimpiyaçılarımızın ÖRNƏYİ: “Azərbaycan idmanını fiaskodan xilas etdilər”

35751

Sentyabrın 5-də Yaponiyada Tokio-2020 Yay Paralimpiya Oyunları başa çatıb. İdmançılarımız Tokio-2020 Paralimpiya Oyunlarında yüksək nəticələr nümayiş etdirərək Azərbaycanın adını komanda birinciliyində 19 medalla 10-cu yerə yazmağa nail olublar. 

Bu, Azərbaycan millisinin Paralimpiya Oyunlarında iştirak etməyə başlayandan bəri göstərdiyi ən yüksək nəaliyyətdir.

Paralimpiyaçıların bu uğuru bir növ olimpiyadaçılarımızın uğursuzluqlarına bəhanə axtarmağa bir növ yer qoymadı. Yəni, bir müddət əvvəl idmançılarımızın uğursuzluqları pandemiya ilə bağlı məşq zallarının qapalı olması kimi arqumentlərlə ört-basdır etmək mümkün idisə, hazırda bu mümkün deyil. Çünki hər iki komanda eyni şəraitdə məşq prosesi, olimpiyadaya hazırlıq mərhələsi keçib. 

Elə həmsöhbətimiz azerisport.com saytının baş redaktoru, jurnalist Vüqar Zeynalov da bu fikirdədir.
 

MÖVZU İLƏ BAĞLI:

Paralimpiya Oyunları başa çatdı – Millimiz ilk 10-luqda 


O, Bizim.Media-ya açıqlamasında bildirib ki, paralimpiyaçılarımız yarışlara daha məsuliyyətli yanaşıblar.

“Ətrafda olan problemlər hər iki komandaya həm olimpiyadaçılarımıza, həm də paralimpiyaçılarımıza eyni təsir göstərib. İstər pandemiya, istərsə də ölkədə olan vəziyyət, idman zallarının qapalı olması yəni hər iki komanda eyni şəraitdə məşq edib. Lakin olimpiya komandası çox zəif çıxış etdi. Onların həm məşq, həm yaşayış, həm də təlimləri üçün hər zaman yüksək səviyyədə şərait yaradılıb. Sadəcə, Azərbaycanı olimpiyadada təmsil edən udmançılar yarışlara barmaq arası baxdılar. Təcrübə göstərdi ki, onların maddi imkanları çoxaldıqca daha  çox arxayınlıq yarandı. Bir çox idmançılar üçün bu cür şərait yaradılanda, onların nəticələri aşağı düşür”.

Vüqar Zeynalov qeyd edib ki, bu uğursuzluqdan sonra paralimpiadaçılarımız sanki onların da məsuliyyətini üzərinə götürüb Azərbaycan idmanını növbəti fiaskodan xilas etmiş oldular.


Onların bu cəhdi özünü çox gözəl biruzə verdi.

“Komanda nahaq yerə “Yenilməzlər” adlanmırdı. Görünür, onlar mübarizəyə digərlərindən fərqli olaraq, əsl mübarizə nümayiş etdirməyə gedirdilər. Doğurdan da 34 idmançıdan 19 medal qazanaraq vətənə dönmək böyük şərəfdir. Bununla idmançılar öz yenilməzliklərini, xarakterlərini nümayiş etdirərək bildirdilər ki, heç bir əngəllərə baxmayaraq biz qalib olmağı bacarırıq”.

Vüsalə Balayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO