Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında ilk oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, komandamız dörd ölkənin – Serbiya, Xorvatiya, Bolqarıstan və Rumıniyanın ev sahibliyi etdiyi qitə birinciliyinin final mərhələsində Belçika yığması ilə üz-üzə gəlib.
A qrupunda yer alan Vüqar Əliyevin yetirmələri startda acınacaqlı məğlubiyyətə üzülüblər. İlk hissədə 12 top fərqilə uduzan voleybolçularımız ikinci setdə hissəboyu hesabda öndə olsalar da, yekunda sevinən tərəf rəqib olub – 26:24.
MÖVZU İLƏ BAĞLI:
Karateçimiz Avropa çempionatının finalına vəsiqə qazandı
Üçüncü hissə isə sonuncu olub. Sadə səhvlərə yol verən milli üzvləri bu dəfə də ilk setdəki kimi 13:25 hesabı ilə uduzub. Nəticədə komandamız 9-cu dəfə qatıldığı Avropa çempionatına “quru hesablı” məğlubiyyətlə başlayıb.
Qrupumuzun digər görüşündə Rusiya Fransa ilə üz-üzə gələcək. İlk matçda isə Serbiya Bosniya və Herseqovina üzərində 3:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, komandamızın növbəti turda rəqibi Bosniya və Herseqovina olacaq. Qrupda ilk 4 pillədə qərarlaşacaq komandalar mərhələ adlayacaqlar.
Bizim.Media