Karateçimiz İrina Zaretska yarımfinalda çinli ilə qarşılaşacaq

Karateçimiz İrina Zaretska yarımfinalda çinli ilə qarşılaşacaq

Hazırda oxunan: Karateçimiz İrina Zaretska yarımfinalda çinli ilə qarşılaşacaq

31593

Azərbaycan karateçisi İrina Zaretskanın Tokio Olimpiadasının yarımfinaldakı rəqibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, 61 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız qızıl medala gedən yolda çinli Qun Li ilə qarşılaşacaq.

Qrup mərhələsində İ.Zaretska ilk döyüşündə Yaponiya idmançısı Ayumi Uekusaya 4:1 hesabı ilə qalib gəlib.

Növbəti görüşündə italiyalı Silvia Semerarodan üstün olub - 3:2. Üçüncü görüşdə idmançımız qazaxıstanlı Sofiya Berultsevaya 4:5 hesabı ilə uduzub. Sonuncu döyüşdə idmançımız türkiyəli Məltəm Hocaoğlunu 4:0 hesabı məğlub edib.

Qrupda keçirdiyi görüşün 3-də qələbə qazanan və 1 qarşılaşmada uduzan İ.Zaretska 6 xalla qrup birincisi kimi yarımfinala adlayıb. Bununla da o, ən azı bürünc medalı təmin edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO