“Barselona”nın prezidentindən Messi ilə bağlı AÇIQLAMA

“Barselona”nın prezidentindən Messi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: “Barselona”nın prezidentindən Messi ilə bağlı AÇIQLAMA

31468

“Barselon”nın prezidenti Joan Laporta Lionel Messinin klubdan ayrılması ilə əlaqədar mətbuat konfransı keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında (fcbarcelona.com) dərc edilib.

“Messi ilə bağlı vəziyyəti şərh etmək üçün buradayam... Əvvəlcə onu deməliyəm ki, təəssüf ki, bizim dəhşətli maliyyə keçmişimiz var. Gəlirimizin 110 faizi maaşlara xərclənir. Bu, o deməkdir ki, maliyyə cəhətdən hərəkət etmək elastikliyimiz yoxdur. Borc bizim gözlədiyimizdən çox oldu. Təbii ki, bu, maliyyə feyr-pleyi ilə əlaqəlidir. Messi ilə yeni müqavilə təsdiqləyə bilmədik. Bu baxımdan biz La Liqanın bağladığı müqavilə ilə razı deyilik, belə ki, bu, bizi yarım əsr borclu edir. Klub oyunçulardan, məşqçilərdən, direktorlardan üstündür”, - deyə “Barselon”nın prezidenti bildirib.

Qeyd edək ki, L.Messi 2000-ci ildən “Barselona”da çıxış edirdi. Ulduz futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2021-ci ilin iyunun 30-da başa çatmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO