"Tokio-2020": 3 qələbə qazanan Rəfael Ağayev yarımfinala yüksəldi

Hazırda oxunan: "Tokio-2020": 3 qələbə qazanan Rəfael Ağayev yarımfinala yüksəldi

31465

Azərbaycan karateçisi Rəfael Ağayev (75 kq) Tokio Olimpiadasında növbəti qələbəsini qazanıb.

Bizim.Media xəbər verir ki, B qrupunda mübarizə aparan R.Ağayev bu dəfə Nurkanat Ajiqanov (Qazaxıstan) ilə qarşılaşıb. 

Karateçimiz rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Üç qələbə qazanan R.Ağayev yarımfinala yüksəlib.

Karateçimiz daha əvvəl Almaniya təmsilçisi Noa Biç (2:1) və Avstraliya idmançısı Çuneari Yahironu (5:0) üstələyib.

R.Ağayev qrupda sonuncu döyüşünü Luici Busaya (İtaliya) qarşı keçirəcək.

İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO