Tokio-2020: Hacı Əliyev finala çıxdı – 4-cü medalımız var

Tokio-2020: Hacı Əliyev finala çıxdı – 4-cü medalımız var

Hazırda oxunan: Tokio-2020: Hacı Əliyev finala çıxdı – 4-cü medalımız var

31452

Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 4-cü medalı təmin edib.

Bizim.Media xəbər verir ki, buna 65 kq çəki dərəcəsində yer alan sərbəst güləşçi Hacı Əliyev nail olub.

3 qat dünya və 3 qat Avropa çempionu yarımfinalda hindistanlı Bacranq Puniya üzərində 12:5 hesablı qələbə sayəsində finala yüksəlib.

Əliyev həlledici qarşılaşmada yaponiyalı Takuto Otoquroya qalib gəlsə, karyerasında ilk dəfə olimpiya çempionu olacaq.

Məğlub olacağı təqdirdə isə o, gümüş medalla kifayətlənəcək. Final görüşü avqustun 7-də keçiriləcək.

Qeyd edək ki, Hacı Əliyev Rio-2016 Yay Olimpiya Oyunlarında 57 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO