Luis Hemilton yeddiqat dünya çempionu oldu

Luis Hemilton yeddiqat dünya çempionu oldu

Hazırda oxunan: Luis Hemilton yeddiqat dünya çempionu oldu

2722

“Mercedes”in britaniyalı pilotu Luis Hemilton Türkiyə Qran-Prisinin yekunları üzrə Formula 1-in yeddiqat çempionu olub.

Bizim.Media türk mediasına istinadən xəbər verir ki, Hemilton bazar günü “İstanbul Park” trasında qalib gələrək Formula 1 pilotlarının 2020-ci il mövsümünün təsnifatında ilk pilləyə yüksəlib.

O, 58 dövrəni 1 saat 42 dəqiqə 19,313 saniyəyə başa vurub. Həmin trasda ikinci yeri meksikalı Serxio Peres (“Reysinq Poynt”; +31,633 saniyə), üçüncü yeri isə almaniyalı Sebastyan Fettel (“Ferrari”; +31,960 saniyə) tutub.

Qeyd edək ki, 4 il ard-arda dünya çempionu tituluna yiyələnən Luis Hemilton titulların rekord miqdarına görə almaniyalı Mixael Şumaxerlə bərabərləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO