Çexiya millisi futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsində Danimarkaya qarşı keçirəcəkləri oyun üçün Bakıya yola düşüb.
Bizim.Media xəbər verir ki, yığmanı gətirən təyyarə axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Yaroslav Şilqavının baş məşqçi olduğu komanda "Hilton" otelində qalacaq. Növbəti gün yığmanın Bakı Olimpiya Stadionunda məşqi nəzərdə tutulub.
Qeyd edək ki, Danimarka millisi də artıq Bakıdadır. Yığmanı gətirən təyyarə axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Kasper Hülmandın baş məşqçi olduğu komanda "Hyatt" otelində qalacaq. Sabah yığmanın Bakı Olimpiya Stadionunda məşqi nəzərdə tutulub.
İyulun 3-də keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:46 / 01.07.2021
AVRO-2020: Çexiya və Danimarka milliləri Bakıya gəldi
Hazırda oxunan: AVRO-2020: Çexiya və Danimarka milliləri Bakıya gəldi
Hazırda oxunan: AVRO-2020: Çexiya və Danimarka milliləri Bakıya gəldi
27011
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.