“Xankəndi” ev oyunlarını Xankəndidə KEÇİRƏCƏK?

“Xankəndi” ev oyunlarını Xankəndidə KEÇİRƏCƏK?

Hazırda oxunan: “Xankəndi” ev oyunlarını Xankəndidə KEÇİRƏCƏK?

268495

Yeni yaradılan “Xankəndi” futbol klubu ötən mövsüm Region Liqasının qalibi olmaqla çoxlarını təəccübləndirdi. Komanda həm bir sıra transferləri, həm də iddiası ilə diqqət çəkir.

Klubla bağlı ən çox müzakirə olunan məsələlərdən biri də onların ev oyunlarını harada keçirəcəyi ilə bağlıdır. Komandanın uzun illərdən sonra Xankəndi şəhər stadionunda oynayıb-oynamayacağı da böyük maraq doğurur.

Bununla bağlı Bizim.Media komandanın idman direktoru Vasif İsmayılovla əlaqə saxlayıb. O Xankəndi stadionunda oynamaq istədiklərini, ancaq bu arenada təmir işlərinin getdiyini bildirdi.:

“Xankəndi” klubu olaraq biz də istəyirik ki, ev oyunlarımızı Qarabağın gözəl şəhərlərindən biri olan Xankəndidə keçirək. Bununla bağlı lazımi orqanlara müraciət etmişik. Ancaq bildiyiniz kimi, hazırda Xankəndi stadionunda böyük təmir işləri gedir. Orada MDB oyunlarının yarışları keçiriləcək. Ona görə də biz hələ ki, cüdo mərkəzinin stadionundan istifadə edəcəyik. Təmir işləri başa çatandan sonra hamımız istərdik ki, oyunlarımızı Xankəndidə keçirək. İnanıram ki, bu arzumuz tezliklə reallaşacaq”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO