İngiltərə klubundan 30 milyonluq TRANSFER

İngiltərə klubundan 30 milyonluq TRANSFER

Hazırda oxunan: İngiltərə klubundan 30 milyonluq TRANSFER

267544

İngiltərənin "Vulverhempton" klubu müdafiəçi xəttini yeni oyunçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, "qurdlar" "Jirona"dan Ladislav Kreyçini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

"Vulverhempton" çexiyalı mərkəz müdafiəçisi üçün İspaniya klubuna 30 milyon avro təzminat ödəyəcək. 26 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulaan müqavilə imzalanıb.


Qeyd edək ki, "Jirona" Ladislav Kreyçini ötən ilin yayında PPraqa "Sparta"sından ttransfer etmişdi.

Çexiya millisinin üzvü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO