“Qarabağ” Çempionlar Liqasından rekord məbləğ qazandı

“Qarabağ” Çempionlar Liqasından rekord məbləğ qazandı

Hazırda oxunan: “Qarabağ” Çempionlar Liqasından rekord məbləğ qazandı

267487

Çempionlar Liqasının əsas mərhələsinə yüksələn "Qarabağ" 18,62 milyon avroluq (təqribən 36,85 milyon manat) gəlir əldə edəcək.

Bizim.Media xəbər verir ki, bu Azərbaycan futbolu tarixində qazanılan ən yüksək mükafatdır. Ancaq klubun qazancı təkcə bununla bitmir.

Komanda play-off-a çıxdığına görə, əlavə 4 milyon 100 min avro qazanc əldə edib. Bundan başqa hər oyunda qələbəyə görə 2 milyon 100 min avro, heç-heçəyə görə 700 min avroluq mükafatlar veriləcək. Əlavə olaraq komandanın teleyayım gəlirlərindən də qazanc əldə edəcəyi gözlənilir.

Hətta komanda bütün görüşlərində məğlub olub sonuncu yeri tutsa belə, UEFA-dan bunun üçün nəzərdə tutulan 275 min avroluq məbləği büdcəsinə daxil edəcək. Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, “Qarabağ” bu mövsüm Çempionlar Liqasında 50 milyon manata yaxın qazanc əldə edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO