Messi Argentina millisində yeni rekorda imza atdı - VİDEO 

Messi Argentina millisində yeni rekorda imza atdı - VİDEO 

Hazırda oxunan: Messi Argentina millisində yeni rekorda imza atdı - VİDEO 

26634

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi Argentina millisində yeni rekorda imza atıb. 

Bizim.Media xəbər verir ki, 34 yaşlı hücumçu buna Amerika Kubokunda Boliviyaya qarşı keçirdikləri A qrupunun son matçında nail olub. 

Bu, Messinin yığmadakı 148-ci qarşılaşması kimi tarixə düşüb. Forvard 147 görüş keçirmiş Xavyer Maskeranonun rekordunu qırıb. 

Qeyd edək ki, oyun Argentina millisinin 4:1 hesablı qələbəsi ilə bitib. Komandanın iki qolunu Lionel Messi vurub. Argentina 1/4 finalda Ekvadorla üz-üzə gələcək. Görüş iyulun 4-də keçiriləcək. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO