Məşhur boksçu rinqə QAYIDIR

Məşhur boksçu rinqə QAYIDIR

Hazırda oxunan: Məşhur boksçu rinqə QAYIDIR

258056

Britaniyalı boksçu Tayson Fyuri karyerasını bərpa edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Əyləncələr Departamentinin rəhbəri Turki Al Aş-Şeyx açıqlama verib.

Onun sözlərinə görə, WBC, WBO, IBO, WBA Super, The Ring, IBF versiyaları üzrə super ağır çəkidə keçmiş dünya çempionu 2026-cı ildə rinqə dönəcək. Turki Al Aş-Şeyx bununla bağlı sosial şəbəkə hesabında yazıb: "Qaraçı Kralı geri qayıdacaq! Mən Taysonla danışdım və o, 2026-cı ildə Ər-Riyadda döyüşəcəyinə söz verdi. Səbirsizliklə gözləyəcəyimiz bir şey var".
Qeyd edək ki, Fyuri bu ilin yanvarında peşəkar karyerasını bitirib. O, ötən il dekabrın 22-də məğlubedilməz Aleksandr Usikə uduzub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO