Şumaxerin 2001-ci ildə idarə etdiyi avtomobil rekord qiymətə satıldı

Şumaxerin 2001-ci ildə idarə etdiyi avtomobil rekord qiymətə satıldı

Hazırda oxunan: Şumaxerin 2001-ci ildə idarə etdiyi avtomobil rekord qiymətə satıldı

251272

Almaniyalı Formula 1 əfsanəsi Mixael Şumaxerin 2001-ci ildə idarə etdiyi məşhur “Ferrari F2001” avtomobili Monakoda keçirilən hərracda 18,17 milyon dollara satılıb. Bu satış M.Şumaxerin idarə etdiyi Formula 1 avtomobilləri arasında indiyədək ən yüksək məbləğə satılan bolid olub.

Bizim.Media “Stern” jurnalına istinadən xəbər verir ki, “RM Sotheby’s” tərəfindən təşkil edilən hərrac ilk dəfə olaraq aktiv Qran-Pri həftəsonunda Monte-Karlodakı “Paddock Club”da baş tutub.

Təkliflərin 9 milyon dollardan başladığı hərracda alıcılar arasında gərgin mübarizə gedib.

Nəticədə adı açıqlanmayan iştirakçı avtomobili əldə edib. Satışdan əldə olunan gəlirin bir hissəsi əfsanəvi pilotun adını daşıyan və sosial layihələri dəstəkləyən “Keep Fighting Foundation”a bağışlanacaq.

“Ferrari F2001” M.Şumaxerin Monako və Macarıstan Qran-prilərində qələbə qazandığı, onu dördüncü dünya çempionluğuna aparan bolid olub. Bu hərracla “F2001” 2022-ci ildə 13,2 milyon dollara satılmış “Ferrari F2003”ü geridə qoyaraq M.Şumaxerin avtomobilləri arasında yeni rekord müəyyənləşdirib.

Tarixdə ən bahalı Formula 1 avtomobili isə 2025-ci ildə 52,52 milyon dollara satılmış “Mercedes W196 Streamliner” olaraq qalır. Bu avtomobili vaxtilə Xuan Manuel Fanxio və Stirlinq Moss kimi əfsanəvi pilotlar sürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO