"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola futbolçusu Rodrinin durumundan danışıb.
Bizim.Media xəbər verir ki, mütəxəssis ispaniyalı yarımmüdafiəçinin zədədən qayıtması ilə bağlı deyib:
"Rodrinin yenidən məşqlərə başlamasına çox sevinirik. Fizioterapevt və həkimlər desə ki, vəziyyəti stabildir və oynaya bilər, o zaman meydanda olacaq. Amma əvvəlcə həkimlər buna icazə verməlidir. Zədəsi ağır idi. Ona görə də diqqətli olmalıyıq ki, zədəsi təkrarlanmasın. İndi o, hər məşqdən sonra özünü daha yaxşı hiss edir".
Xatırladaq ki, Rodri hazırkı mövsümün əvvəlində çarpaz bağının qopması zədəsini almışdı.
Bizim.Media

- A-
- A
- A+
İdman
07:28 / 02.05.2025
Rodri yaşıl meydanlara QAYIDIR?
Hazırda oxunan: Rodri yaşıl meydanlara QAYIDIR?
Hazırda oxunan: Rodri yaşıl meydanlara QAYIDIR?
247159
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.