Macarıstan çempionu olan azərbaycanlı voleybolçu UĞURLARINDAN DANIŞDI

Macarıstan çempionu olan azərbaycanlı voleybolçu UĞURLARINDAN DANIŞDI

Hazırda oxunan: Macarıstan çempionu olan azərbaycanlı voleybolçu UĞURLARINDAN DANIŞDI

246336

Macarıstanın "Vaşaş" komandası mövsümün əvvəlində qarşısına qoyduğu bütün hədəflərə çatıb.

Bizim.Media xəbər verir ki, bunu "Report"a açıqlamasında klubun azərbaycanlı voleybolçu Ayşən Abduləzimova deyib.

O, komandası ilə növbəti dəfə ölkə çempionu olmasına münasibət bildirib:
 

"Məni təbrik edənlərə təşəkkürümü bildirirəm. Artıq beşinci dəfədir ki, Macarıstan çempionu oluram. Bütün komanda yoldaşlarımı təbrik edirəm. Mövsümün əvvəlində qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq. Həm çempionatın, həm də ölkə kubokunun qızıl medallarına sahib çıxdıq. Final oyunlarında 3 qələbə qazandıq. CEV Kubokunda da yaxşı nəticələrə imza atmışdıq. Düşünürəm ki, bu çıxışlarımızı uğurlu adlandıra bilərik".


Qeyd edək ki, "Vaşaş" finalda "Bekeşçaba" ilə qarşılaşıb və üç görüşdə də 3:0 hesabı ilə qalib gələrək qızıl medallara sahib çıxıb. Sonuncu qarşılaşmada Azərbaycan voleybolçusu 10 xal toplayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO