Mahir Emreli gələcəyi ilə bağlı hələ qərar verməyib

Mahir Emreli gələcəyi ilə bağlı hələ qərar verməyib

Hazırda oxunan: Mahir Emreli gələcəyi ilə bağlı hələ qərar verməyib

245754

“Məşqçilər mənə ön xətdə qalmağı tapşırmışdılar. Bu üzdən nadir hallarda geri dönürdüm”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

28 yaşlı hücumçu Almaniya mətbuatına açıqlamasında “Nürnberq”dəki gələcəyi və “Paderborn”la görüş barədə danışıb:
 

“Bu qədər müddət topsuz qalmaq dəhşətli idi. Amma yenə də tapşırığa əməl etdim. Həqiqətən də gələcəyimlə bağlı heç nə bilmirəm. Tamamilə son oyunlara köklənmişəm və bütün bacarığımı ortaya qoyuram. Mən niyə burada olduğumu göstərmək istəyirəm. Karyeramla bağlı məsələdə məsləhətçilərim var. Onlar öz işlərini görür, mən də meydanda öz işimi”.


Qeyd edək ki, Emreli komandasının “Paderborn”a 2:3 hesabı ilə uduzduğu matçda 2 qola imza atıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO