"Brayton"da yeni TRANSFER

"Brayton"da yeni TRANSFER

Hazırda oxunan: "Brayton"da yeni TRANSFER

241966

"Brayton" heyətini yeni futbolçu ilə gücləndirir. 

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 
 

İngiltərə klubunun növbəti transferi "Sanderlend"in vingeri Tommi Uotsondur. 18 yaşlı oyunçu mövsümün sonuna qədər İngiltərə Çempionşip təmsilçisində çıxış edəcək. Transfer pəncərəsi açılanda isə tərəflər arasında olan razılıq qüvvəyə minəcək. 


Bildirilir ki, "Brayton" gənc hücumçu ilə uzunmüddətli müqavilə imzalayacaq və onun transferi üçün 10 milyon avro ödəyəcək. 

Qeyd edək ki, Tommi Uotson bu mövsüm "Sunderlend"in heyətində 21 oyuna çıxaraq 7 qol vurub və 3 qolun ötürməsini edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO