Millimizin keçmiş üzvü dubl etdi

Millimizin keçmiş üzvü dubl etdi

Hazırda oxunan: Millimizin keçmiş üzvü dubl etdi

241165

Almaniyada Şimal-Şərq Regional Liqasının 23-cü turunun təxirə salınmış matçında Berlin "Dinamo"su səfərdə "Zehlendorf"un qonağı olub.

Bizim.Media xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun da çıxış etdiyi "Dinamo" bu matçda 5:3 hesablı qələbə qazanıb. Dadaşov matçda 3-cü və 75-ci dəqiqələrdə qol vuraraq komandasının qələbəsində böyük pay sahibi olub. 33 yaşlı hücumçu bu mövsüm ümumilikdə komandanın heyətində 15 qola imza atıb.

Qeyd edək ki, "Dinamo" bu qələbə ilə xallarının sayını 40-a çatdıraraq turnir cədvəlində 6-cı pilləyə yüksəlib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO