"Atletik"in cinah oyunçusu Niko Uilyams ötən yay "Barselona"nı təklifini rədd etməsinin səbəbini açıqlayıb.
Bizim.Media xəbər verir ki, Kataloniya təmsilçisi 22 yaşlı vingerə görə 62 milyon avro ödəməyə hazır idi. Lakin o, "Barselona"nın təklifinə "yox" cavabı verib.
Futbolçu bunun səbəbini belə açıqlayıb: "Atletik" mənim ailəmdir. Klub daxilində inanılmaz əlaqələrimiz var. Düşünürəm ki, başqa yerdə belə ab-hava tapa bilməzdim. O anda mənə doğru gələn bir qərar verdim və bundan çox məmnunam”.
Bu mövsüm Uilyams bütün turnirlərdə 34 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:04 / 08.03.2025
"Barselona"nın təklifini rədd etməsinin səbəbini AÇIQLADI
Hazırda oxunan: "Barselona"nın təklifini rədd etməsinin səbəbini AÇIQLADI
Hazırda oxunan: "Barselona"nın təklifini rədd etməsinin səbəbini AÇIQLADI
238350
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.