"Barselona" futbolçusu Robert Levandovskinin müqaviləsini uzatmaq niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.
36 yaşlı hücumçu ilə sözləşməyə əsasən, onun müqaviləsi yaxın zamanda avtomatik olaraq 2026-cı ilə qədər uzanacaq. Çünki polşalı oyunçu bu mövsüm komandasının 55 faiz matçlarında iştirak etmiş olacaq. İndi isə Kataloniya klubu onunla müqaviləni 2027-ci ilə qədər uzatmaq istəyir.
Qeyd olunur ki, "Barselona" və Levandovski arasında münasibətlər yaxşıdır. Bu səbəbdən müqavilənin uzadılmasının problemsiz əldə ediləcəyi gözlənilir. Futbolçu özü isə baş məşqçisi Xans-Diter Flikin çalışdırdığı layihəyə böyük maraqla yanaşır.
Bizim.Media