Səkilərin zəbt edilməsinə qarşı zəruri tədbirlər GÖRÜLƏCƏK

Səkilərin zəbt edilməsinə qarşı zəruri tədbirlər GÖRÜLƏCƏK

Hazırda oxunan: Səkilərin zəbt edilməsinə qarşı zəruri tədbirlər GÖRÜLƏCƏK

232535

2025-2030-cu illərdə Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə küçə və prospektlər üzrə səkilərin mövcud vəziyyətinin araşdırılması, normativ sənədlərin tələblərinə uyğun səkilərin (panduslarla birgə) inşası, o cümlədən mövcud səki hissələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün zəruri tədbirlər görüləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.

Dövlət Proqramına əsasən, 2027-ci ilədək avtomobil yollarında baş vermiş qəzalarda ölüm hallarının azaldılması istiqamətində birgə təhlillərin aparılması, qəza ocaqlarının müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması nəzərdə tutulur. Həmçinin 5 il ərzində Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO