Millimiz Avropa kubokunda 5 medal QAZANDI

Millimiz Avropa kubokunda 5 medal QAZANDI

Hazırda oxunan: Millimiz Avropa kubokunda 5 medal QAZANDI

232504

Monteneqronun Budva şəhərində keçirilən boks üzrə Avropa kubokuna yekun vurulub. Azərbaycan millisi 29 ölkədən 156 idmançının qatıldığı yarışı 1 gümüş və 4 bürünc medalla başa vurub.

 

Azərbaycan Boks Federasiyasından Sfera.az-a verilən məlumata görə, 63,5 kq çəkidə Malik Həsənov finalda Qabil Məmmədovla (Rusiya) üz-üzə gəlib. Zədəli olan təmsilçimiz sonadək mübarizə aparsa da, yekunda rəqib qalib gəlib.

 

Həsənov Avropa kubokunu gümüş medalla başa vurub.

 

Ondan öncə Tural Sarıyev (48 kq), Tayfur Əliyev (60 kq), Sərxan Əliyev (71 kq) və Mirşərif Kazımzadə (75 kq) bürünc medala yiyələnib.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO