"Kəpəz" bir legioneri ilə yollarını ayıracağını qətiləşdirib.
Bizim.Media xəbər verir ki, Gəncə təmsilçisi Redon Mihana ilə razılaşıb.
Onunla gələn ay rəsmən yollar ayrılacaq. "Kəpəz"lə mövsümün sonuna qədər müqaviləsi qüvvədə olsa da, Mihana müqaviləyə xitam verilməsinə qarşı çıxmayıb. Albaniyalı futbolçuya cəmi bir ayın maaşı təzminat kimi veriləcək.
Əlavə edək ki, Azər Bağırovun gəlişindən sonra Mihana əvəzedici heyətə göndərilib.
Rəşad Rafiqoğlu, Bizim.Media