Rafael Ağayev Avropa çempionatının finalında uduzdu – YENİLƏNİB

Rafael Ağayev Avropa çempionatının finalında uduzdu – YENİLƏNİB

Hazırda oxunan: Rafael Ağayev Avropa çempionatının finalında uduzdu – YENİLƏNİB

22029

Azərbaycanın tanınmış karateçisi Rafael Ağayev Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Bizim.Media xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən idmançı Ukrayna təmsilçisi Stanislav Horuna ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Ağayev ikinci yerlə kifayətlənib və gümüş medal qazanıb.

Daha əvvəl İrina Zaretska (68 kq) qızıl, Pənah Abdullayev (84 kq) isə gümüş medal əldə edib.


***

Xorvatiyanın Poreç şəhərində keçirilən böyüklər arasında 56-cı Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, Azərbaycan karateçisi İrina Zaretska (68 kq) finalda Yunanıstan təmsilçisi Vasiliki Panetsiduya qalib gələrək Avropa çempionu olub.

Hazırda çempionatda medal görüşləri davam edir. Karateçilərimiz Rafael Ağayev (75 kq), Pənah Abdullayev (84 kq) Avropa çempionatında uğurla çıxış edərək finala yüksəliblər.

Qitə çempionatında 15 karateçimiz iştirak edir. Yarışa mayın 23-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO