“Son vaxtlar qarşılaşdığımız rəqiblər arasında ən intizamlı komandaya qarşı oynayacağıq".
Bizim.Media xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasında “Bodo Qlimt”lə (Norveç) keçiriləcək oyundan əvvəl mətbuat konfransında içtirak edib. Qurbanov uğurlu nəticəyə ümid etdiyini bildirib:
“Meydandakı bütün futbolçuları yerlidir. Norveç futbolunun son illər həm milli, həm də klub səviyyəsində nəticələri bu sahədə irəli getdiklərini göstərir. “Bodo-Qlimt”in özünəməxsus oyun üslubu var. Bu rəqibi üstələmək üçün sabah bütün komponentlərdə diqqətli olmalıyıq. Həm meydança amili, həm nəticələri rəqibin üstün cəhətləridir. Buna baxmayaraq, futbolçularımızın uğurlu nəticə üçün əllərindən gələni edəcəklərinə inanıram".
Qeyd edək ki, “Bodo-Qlimt” - "Qarabağ" matçı sabah saat 21:45-də başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media