Azərbaycan Basketbol Liqası: “Gəncə” və “Abşeron” qələbə qazandı

Azərbaycan Basketbol Liqası: “Gəncə” və “Abşeron” qələbə qazandı

Hazırda oxunan: Azərbaycan Basketbol Liqası: “Gəncə” və “Abşeron” qələbə qazandı

216837

Azərbaycan Basketbol Liqasında I tur davam edir. Bizim.Media xəbər verir ki, yeni mövsümün ikinci oyun gününün matçları keçirilib. I turun bugünkü iki qarşılaşmasından biri Bakıda, digəri paytaxtdan kənarda baş tutub. A qrupunda NTD “Abşeron”u qəbul edib. Gərgin keçən oyunda qonaq komanda qələbə qazanıb.

Mövsümün paytaxtdan kənardakı ilk qarşılaşması Lənkəranda keçirilib. B qrupunda çıxış edən eyniadlı komanda “Gəncə” ilə üz-üzə gəlib. Bu görüşdə də qonaqlar qələbə əldə ediblər.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası

I tur

19 oktyabr

A qrupu

12:30. NTD – “Abşeron” - 69:75 (22:16, 12:15, 16:23, 19:21)

Bakı İdman Sarayı

B qrupu

14:00. "Lənkəran" - "Gəncə" - 75:90 (20:31, 14:22, 21:17, 20:20)

Lənkəran OİK

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO