İnyesta: "Real" azarkeşi olmamışam”

İnyesta: "Real" azarkeşi olmamışam”

Hazırda oxunan: İnyesta: "Real" azarkeşi olmamışam”

216047

İspaniya millisinin və "Barselona"nın sabiq yarımmüdafiəçisi Andres İnyesta uşaqlıqda "Real"ı dəstəkləməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Bizim.Media AS-a istinadən xəbər verir ki, o, Madrid təmsilçisinin azarkeşi olmadığını deyib: 

“Mən "Real" azarkeşi olmuşam? Qətiyyən yox. Haqqımda həqiqətə uyğun olmayan çox şeylər deyilib. Qoy özlərini alçaltsınlar”.

Qeyd edək ki, Andres İnyesta 1996-2018-ci illərdə "Barselonaa"nın sistemində olub. Bu müddət ərzində o, böyüklərdən ibarət komandanın heyətində bütün turnirlərdə 674 matçda iştirak edib, 57 qol vurub və 136 qolun ötürməsini verib. O, oktyabrın 1-də karyerasını başa vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO