"Qarabağ" azarkeşləri üçün "Tottenhem"ə qarşı matçın biletleri satışa çıxarıldı

"Qarabağ" azarkeşləri üçün "Tottenhem"ə qarşı matçın biletleri satışa çıxarıldı

Hazırda oxunan: "Qarabağ" azarkeşləri üçün "Tottenhem"ə qarşı matçın biletleri satışa çıxarıldı

211374

Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Tottenhem" (İngiltərə) - “Qarabağ” matçını “Tottenham Hotspur Stadium"da izləmək və Ağdam təmsilçisinə dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az-da onlayn şəkildə satışdadır.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşləri əldə etdikləri vauçerləri oyun günü stadionun "Block 503" sektorunun qarşısında yerləşən məntəqədə biletə dəyişməlidir. 

Biletlərin qiyməti 80 AZN-dir.

Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən xahiş olunur ki, şəxsiyyətinizi təsdiq edən sənəd üzərinizdə olsun.

Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq.

Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" oyunu sentyabrın 26-ı ilə Bakı vaxtı saat 23:00-da start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO