"Qalatasaray" "Roma"nın müdafiəçisi Nikola Zalevskinin keçidini həll etməyi planlaşdırır.
Bizim.Media "Fanatik"ə istinadən xəbər verir ki, polşalı futbolçu artıq Türkiyə klubuna keçməyə razılıq verib.
"Cim-bom" 22 yaşlı futbolçunun transfer hüququna sahib çıxa bilməsə, onu ən pis halda icarəyə götürəcək.
Qeyd edək ki, Zalevski bu mövsüm A Seriyasında 3 oyunda meydana çıxıb. 22 yaşlı cinah yarımmüdafiəçisi 2025-ci il iyunun 30-na qədər "Roma"ya məxsusdur. Polşa millisinin üzvü "Roma"nın yetirməsidir və 2021-ci ildə bu klubda ilk oyununa çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
16:04 / 09.09.2024
Polşa millisinin üzvü “Qalatasaray”a keçir
Hazırda oxunan: Polşa millisinin üzvü “Qalatasaray”a keçir
Hazırda oxunan: Polşa millisinin üzvü “Qalatasaray”a keçir
210683
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.