"Əsasən müdafiəni gücləndirmişik" - "Dinamo"nun baş məşqçisi

"Əsasən müdafiəni gücləndirmişik" - "Dinamo"nun baş məşqçisi

Hazırda oxunan: "Əsasən müdafiəni gücləndirmişik" - "Dinamo"nun baş məşqçisi

208709

"İlk matçda 3:0 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, bu oyuna çox ciddi şəkildə hazırlaşmışıq".

Bizim.Media xəbər verir kl, bu sözləri "Dinamo"nun baş məşqçisi Sergey Yakiroviç UEFA Çempionlar Liqasının pley-off mərhələsinin sabah "Qarabağ"la Bakıda keçiriləcək cavab matçı üçün təşkil edilən mətbuat konfransında deyib.

O, əsasən müdafiə planında hazırlığa üstünlük verdiklərini bildirib:

"Rəqibimiz çox güclüdür. Onların hazırlıq səviyyəsi kifayət qədər yüksəkdir. Bütün bunları nəzərə alaraq, əsasən müdafiəni gücləndirmək şərtilə, oyunçuların hazırlıq səviyyəsinin yüksək formada olmasına çalışmışıq".

"Hesab edirsiz ki, "Maksimir"dəki nəticə ədalətli deyildi?" sualını Yakiroviç belə cavablandırıb:

"Nəticənin ədalətli olub-olmaması kimi şərh verə bilmərəm. Biz oyunda daha çox ona baxırıq ki, rəqib bizim üçün nə qədər şans yaradır ki, onların qapısına daha çox qol vuraq. Ya da rəqib tərəfdən belə olmasına fikir veririk. Nəticə də yaranan vəziyyətlərdən asılı olur". 

Zaqreb klubunun çalışdırıcısı "Qarabağ"ın "Ludoqorets"ə səfərdə 7 qolla qalib gəlməsi və bu səbəbdən rəqibin baş məşqçisinin istefaya göndərilməsi ilə bağlı da danışıb:

"Həmin məşqçinin istefası barədə məlumatım yoxdur. Böyük ehtimalla artıq təqaüd yaşı çatdığına görə istefa verib. Mənim elə fikrim yoxdur. Bu komanda ilə yeni başlamışam və iddialıyam. Yaxşı nəticələrin olacağına inanıram. Komanda ruhumuza, oyunçulara güvənirəm".

Sergey Yakiroviç Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin şans qazanmadığında görə "Dinamo"dan ayrılmasına da münasibət bildirib:

"Mən bu komandada bir ildir ki, baş məşqçiyəm. Bu bir il ərzində Emrelinin potensialını görməyə vaxtım oldu. Lakin qışdakı zədəyə görə yazda oyunlara çıxa bilmədi. Daha sonra zədə yaya qədər uzandı. Bir çox oyunlarda iştirak edə bilmədi. Onun da bəxti gətirdi ki, "Nürnberq"ə transfer oldu. Mahirlə sağollaşmağımızda heç bir pis səbəb yox idi". 

Baş məşqçi Bakıya sərfəli nəticə üçün gəldiklərini vurğulayıb:

"Bizi daha da irəli aparacaq nəticəni əldə etmək üçün gəlmişik. Heç-heçə, qalibiyyət, məğlubiyyət kimi adlandıra bilmərəm. Niyyətimiz daha da irəli getməkdir".

Qeyd edək ki, sabah Tofq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dinamo"  oyunu saat 20:45-da başlayacaq. Bu komandalar arasında Zaqrebdə keçirilən görüşdə "Dinamo" 3:0 hesablı qələbə qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO