Rafael Leao “Milan”da QALACAQ

Rafael Leao “Milan”da QALACAQ

Hazırda oxunan: Rafael Leao “Milan”da QALACAQ

208019

“Milan”ın baş direktoru Giorgio Furlani portuqaliyalı vinger Rafael Leaonun satılmayacağını bildirib.

Bizim.Media xəbər verir ki, o, çoxsaylı təkliflərə rəğmən, yarımmüdafiəçinin heyətdə saxlayacaqlarını bildirib. Leao üçün bir neçə klub mübarizə aparır. 

Son günlər “Barselona” da bu siyahıya düşüb. Amma italiyalılar heç bir halda Rafaeli ən azı bu yay satmayacaq.

Leao ötən mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 47 oyun keçirib, 15 qol vurub və 14 qolun ötürməsini verib. Onun müqaviləsində 175 milyon avro ödəniləcəyi halda sərbəst qalacağı haqda xüsusi bənd var. “Barselona” isə onun üçün 100 milyon avro təklif etmək niyyətindədir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO