Ərəblər Vinisius üçün 1 milyard ödəməyə hazırdı

Ərəblər Vinisius üçün 1 milyard ödəməyə hazırdı

Hazırda oxunan: Ərəblər Vinisius üçün 1 milyard ödəməyə hazırdı

206352

Səudiyyə Ərəbistanından bir klub “Real”ın futbolçusu Vinisius Junioru transfer etmək istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Adı açıqlanmayan klubun braziliyalı vingerin 1 milyard avroluq sərbəstqalma məbləğini ödəməyə hazır olduğu bildirilib.

Danışıqları Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun nümayəndələri aparır. Onlar Vinisiusu 2034-cü ildə keçiriləcək dünya çempionatının siması etmək istəyir.

Vinisius “Real” formasıyla La Liqada 176 oyunda 49 qol vurub, 38 məhsuldar ötürmə edib. Onun klubla sözləşməsi 2027-ci ilin yayına kimidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO