Paris Olimpiadasında daha bir qalmaqal: Bu dəfə bayraq düzgün asılmadı

Paris Olimpiadasında daha bir qalmaqal: Bu dəfə bayraq düzgün asılmadı

Hazırda oxunan: Paris Olimpiadasında daha bir qalmaqal: Bu dəfə bayraq düzgün asılmadı

205230

Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, idman gimnastikasında mükafatlandırma zamanı bayraq düzgün asılmayıb.

Turnikdə çıxış zaman yaponiyalı idmançı Şinnosuke Oka 1-ci, kolumbiyalı Anhel Baraxasa isə 2-ci pilləni tutub.

Eyni xala malik Çjan Bohen (Çin) və Tan Çia-Hun (Çin Taypeyi) bürünc medala layiq görülüblər. Mükafatlandırma zamanı qaydalara görə bu ölkələrin bayraqları yanaşı asılmalı olduğu halda, təşkilatçılar səhvə yol veriblər. Tayvanın bayrağı Çinin bayrağının altından asılıb.

Qeyd edək ki, Oyunların açılışı zamanı Olimpiya bayrağının əksinə asılması dünyada ciddi rezonans doğurmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO