Azərbaycan klublarının Avropa reytinqindəki MÖVQEYİ

Azərbaycan klublarının Avropa reytinqindəki MÖVQEYİ

Hazırda oxunan: Azərbaycan klublarının Avropa reytinqindəki MÖVQEYİ

204847

Avrokubokların II təsnifat mərhələsi başa çatdıqdan sonra Azərbaycan klublarının Avropa reytinqindəki mövqeyində bəzi dəyişikliklər baş verib.

Bizim.Media xəbər verir ki, ölkəmizin ən uğurlu təmsilçisi "Qarabağ" 31,500 xalla 54-56-cı yerləri bölüşür. Ağdam təmsilçisi bu pillədə "Yanq Boyz" və "Ferensvaroş" klubları ilə eyni xala malikdir.

Paytaxt təmsilçisi "Neftçi" isə 8,000 xalla 162-ci yerin şəriklərindəndir. Gənc klublarımızdan olan "Sabah" və "Sumqayıt" hərəyə 4,000 xalla 294-cü pillədə qərarlaşıb.

"Zirə", "Qəbələ" və "Şamaxı" kimi digər təmsilçilərimiz isə bərabər - 3,675 xalla 314-cü yerdə yer alıblar.

Qeyd edək ki, reytinq cədvəlinə 129,000 xalla İngiltərənin "Mançester Siti" klubu başçılıq edir. Son illərdə Avropa arenasında yüksək nəticələr göstərən bu klub maliyyə imkanlarına və transfer siyasətinə görə də diqqət çəkir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO