Keylor Navasın yeni klubu MƏLUM OLDU

Keylor Navasın yeni klubu MƏLUM OLDU

Hazırda oxunan: Keylor Navasın yeni klubu MƏLUM OLDU

204154

PSJ ilə müqaviləsi başa çatan Keylor Navasın yeni klubu müəyyənləşib.

Bizim.Media xəbər verir ki, 37 yaşlı qolkiper karyerasını İtaliyada davam etdirəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Kosta-rikalı "əlcək sahibi" "Montsa" klubuna keçəcək. Təcrübəli futbolçu bu həftə tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, 2019-cu ilin yayından PSJ-də çıxış edirdi. Kosta-Rika millisinin üzvü ötən mövsüm Paris təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO