“Neftçi” norveçli futbolçu transfer edir

“Neftçi” norveçli futbolçu transfer edir

Hazırda oxunan: “Neftçi” norveçli futbolçu transfer edir

203975

İyundan bəri 4 transfer etmiş "Neftçi"nin daha bir legionerlə danışıqlar aparır. 

Bizim.Media xəbər verir ki, Mikael İnqebriqtsenin yaxın günlərdə paytaxt təmsilçisinin düşərgəsinə gəlmək ehtimalı var. Onun 28 yaşı var və yarımmüdafiəçi mövqeyində çıxış edir. 

Norveçli ölkəsinin U-15, U-16, U-18, U-19 və U-21 yığmalarının formasını geyinib. Yerli "Tromse"nin yetirməsi 2014-2017-ci illəri burada keçirib. Daha sonra "Göteborq"a keçib. 2018-ci ildə geri qayıdıb və 3 il yenə "Tromse"nin şərəfini qoruyub. 

2022-ci ildən bəri "Odds"un uğurları üçün tər töküb. Mikaelin "Odds"la hələ 1 illik müqaviləsi mövcuddur. Klubu onu Azərbaycana buraxmaq üçün pul istəyir.

Norveçlilərin ağlından keçən məbləğ də az deyil - 500 min avro. "Neftçi" isə 300 min avro təzminat ödəmək fikrindədir. Hələlik tərəflər arasında danışıqlar davam edir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO