“Neftçi” almaniyalı müdafiəçi transfer etdi

“Neftçi” almaniyalı müdafiəçi transfer etdi

Hazırda oxunan: “Neftçi” almaniyalı müdafiəçi transfer etdi

203306

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib. 

Bizim.Media xəbər verir ki, Bakı təmsilçisi Robert Baueri rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Almaniyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 29 yaşlı futbolçu “Neftçi”də 23 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Robert Bauer "Karlsue", "İnqolştadt", "Verder", "Nürnberq", "Arsenal" (Tula, Rusiya), "Sent-Truiden" (Belçika) və "Əl-Tay"da çıxış edib. Təcrübəli mərkəz müdafiəçisi Almaniyanın U-21 millisinin heyətində 13 oyun keçirib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO