“Neftçi” bu futbolçunun transferindən imtina etdi

“Neftçi” bu futbolçunun transferindən imtina etdi

Hazırda oxunan: “Neftçi” bu futbolçunun transferindən imtina etdi

201987

Rumıniya FKSB klubunun cənubi afrikalı müdafiəçisi Siyabonqa Nqezananın “Neftçi”yə keçidi baş tutmayıb.

Bizim.Media “SNL24” portalına istinadən xəbər verir ki, bakılılar şərtləri müzakirə etmək üçün Rumıniya çempionuna müraciət edib.

FKSB-nin istədiyi məbləğ “Neftçi”nin transferdən imtina etməyə məcbur qoyub. Rumınlar mərkəz müdafiəçisi üçün 7 milyon avro istəyib.
Onun Rumıniya klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. Afrikalı müdafiəçinin “transfermarkt” portalındakı dəyəri 1,6 milyon avro olaraq qiymətləndirilir.

Neqzana 2023-cü ildə "Kayzer Çifs" klubundan FCSB klubuna keçib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO