Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, bu gün sərbəst güləşçilərin yarışına start verilib.
Vasif Bağırov (57 kq) fransalı Rasul Qalburayev (11:0) və macarıstanlı Karoli Barata (tuş) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Yeniyetmələr arasında Avropa və dünya çempionumuz belaruslu Herbert Akapyana da heç bir şans tanımayıb – 10:3. Vasif finalda rusiyalı Lev Pavlovla güləşəcək.
Musa Verdiyev (65 kq) polşalı Dominik Yaquşa 5:2 hesabıyla qalib gəlsə də, 1/4 finalda fransalı Xızır Dasıyevə 3:7 hesabıyla məğlub olub.
Ramik Heybətov (70 kq) polşalı Zəlimxan Mutsukayevlə (3:2) yunanıstanlı Georgios Yakemidisi (3:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda almaniyalı Rostislav Lextə uduzub – 2:3.
Nurudin Maqomedqadjiyev (79 kq) 1/8 finalda türkiyəli Cengizhan Doğana 1:4 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Nurudin sabah təsəlliverici görüşdə litvalı Paulius Leskauskasla qarşılaşacaq.
Xetaq Karsanov (97 kq) slovakiyalı Adam Jaksik (3:0) və moldovalı Konstantin Buzanı (10:0) yolundan kənarlaşdıraraq yarımfinala yüksəlib. Xetaq yarımfinalda gürcüstanlı Ramini Qulitaşvilini də vaxtından əvvəl məyus edib – 11:0. Karsanov sabah finalda rusiyalı Şaxman Nuxayevlə güləşəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:15 / 05.07.2024
Azərbaycanın iki güləşçisi Avropa çempionatının FİNALINDA
Hazırda oxunan: Azərbaycanın iki güləşçisi Avropa çempionatının FİNALINDA
Hazırda oxunan: Azərbaycanın iki güləşçisi Avropa çempionatının FİNALINDA
200651
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.