“Qəbələ” 38 yaşlı futbolçu ilə müqaviləni UZATDI

“Qəbələ” 38 yaşlı futbolçu ilə müqaviləni UZATDI

Hazırda oxunan: “Qəbələ” 38 yaşlı futbolçu ilə müqaviləni UZATDI

198986

“Qəbələ” klubu Asif Məmmədovla müqavilənin müddətini uzadıb. 

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti qarşıdakı bir il üçün nəzərdə tutulub. 

“Qırmızı-qaralar”ın kapitanı 2024/2025 mövsümündə də bölgə təmsilçisinin formasını geyinəcək. Onun müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq. 

Qeyd edək ki, 2015-ci ilin yayından “Qəbələ” klubunda çıxış edən təcrübəli yarımmüdafiəçi 2006/2007 mövsümünün ikinci yarısında da “qırmızı-qaralar”ın formasını geyinib. O, bu müddətdə meydana çıxdığı 252 oyunda 17 qola imza atıb. A.Məmmədov Premyer Liqada 197 matçda 13, Azərbaycan Kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında 1 dəfə fərqlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO