Mbappenin burnu sınıb - FOTO 

Mbappenin burnu sınıb - FOTO 

Hazırda oxunan: Mbappenin burnu sınıb - FOTO 

197826

Fransa millisinin kapitanı Kilian Mbappenin Avro-2024-ün Avstriyaya qarşı dünən keçirilən matçda (1:0) burnu qırılıb. 

Bizim.Media xəbər verir ki, hadisə görüşün 86-cı dəqiqəsində baş verib.

Mbappe avstriyalı müdafiəçi Kevin Danso ilə top uğrunda mübarizə zamanı toqquşub. 90-cı dəqiqədə o əvəzlənib. Bu zaman Mbappenin burnunundan qan açıldığı görünüb. Forvard dərhal xəstəxanaya yerləşdirilib. Fransa mətbuatının məlumatına görə, Düsseldorf xəstəxanasındakı müayinənin ilk nəticələri nikbin olub. Mənbənin məlumatına görə, əvvəllər planlaşdırıldığı kimi Mbappe üzərində əməliyyatın aparılmamasına qərar verilib. Forvard xəstəxananı tərk edib və hətta məşqçilər korpusu müvafiq qərar verərsə, Niderlandla növbəti oyunun iştirak siyahısında yer ala bilər. Fransa Futbol Federasiyası futbolçunun durumu ilə bağlı açıqlama yayıb. 

Bildirilib ki, Kilian Mbappe burnunu sındırıb: 

“Fransanın kapitanına əvvəlcə tibb işçiləri və həkim Frank Le Qall kömək edib. Ona burnunun sınığı diaqnozu qoyulub. Mbappe yaxın bir neçə gündə müalicə alacaq, lakin yaxın günlərdə əməliyyat olunmayacaq. Onun üçün maska hazırlanacaq ki, müalicədən sonra yarışlara qayıtmağa hazırlaşsın”.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO