İtaliya millisində ciddi itki

İtaliya millisində ciddi itki

Hazırda oxunan: İtaliya millisində ciddi itki

192314

Avro-2024 öncəsi İtaliya milli komandasının heyətində ciddi itki baş verib. 

Bizim.Media xəbər verir ki, icarə əsasında "Aston Villa"da çıxış edən Nikolo Zanyolo sıradan çıxıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 

24 yaşlı yarımmüdafiəçi ayağından zədə alıb. O, Avropa çempionatında İtaliya yığmasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Nikolo Zanyolo "Qalatasaray"a məxsusdur. "Sarı-qırmızılar" futbolçunu mövsümün əvvəlində "Aston Villa"ya icarəyə verib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO