Atletika üzrə Azərbaycan millisinin üzvləri Türkiyənin Antalya şəhərində keçirilən “Olimpik deneme” yarışında uğurlu çıxışı davam etdiriblər.
Bizim.Media xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ikinci günündə 200 metr məsafəyə qaçışda Əlhəm Nağıyev bütün rəqiblərini geridə qoyaraq finişə birinci çatıb.
Qadınların mübarizəsində Lamiyə Vəliyeva 200 metr məsafəyə qaçışda hamıdan sürətli olaraq yarışın qalibi adını qazanıb. Fəridə Rzayeva isə 3-cü yeri tutub.
Üçtəkanla tullanma yarışının yekununda Rüstəm Məmmədov 2-ci pillədə qərarlaşıb. Toğrul Şahtatinski isə U-16 kateqoriyasında disk atma və nüvə itələmədə ən yüksək nəticə göstərərək, hər iki növdə qızıl medallara sahib çıxıb.
Qeyd edək ki, yığma üzvləri turnirin ilk günündə də müxtəlif əyarlı mükafatlar qazanıblar.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:53 / 29.04.2024
Azərbaycan atletləri Türkiyədə növbəti medalları QAZANDILAR
Hazırda oxunan: Azərbaycan atletləri Türkiyədə növbəti medalları QAZANDILAR
Hazırda oxunan: Azərbaycan atletləri Türkiyədə növbəti medalları QAZANDILAR
189561
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.